"Benni Qantz cümə axşamı Türkiyeyə rəsmi səfərə gələcək"

İsrailin müdafiə naziri Benni Qantz cümə axşamı (27 oktyabr) Türkiyeyə rəsmi səfərə gələcək.
"Benni Qantz cümə axşamı Türkiyeyə rəsmi səfərə gələcək"

İsrailin müdafiə naziri Benni Qantz cümə axşamı (27 oktyabr) Türkiyeyə rəsmi səfərə gələcək.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada jurnalistlərə verdiyi açıqlamada deyib.
H.Akar illər sonra ilk dəfə bu səviyyədə reallaşacaq səfər zamanı iki ölkə arasındakı ümumi vəziyyəti dəyərləndirəcəklərini bildirib.

Hulusi Akar "Siyasətimiz, fikirlərimiz bəllidir. Türkiye Cümhuriyyəti hökuməti çox şəffaf siyasət həyata keçirir, biz bunları izah edəcəyik. Hadisələrin gedişatına uyğun olaraq sonrakı mərhələlərin nə gətirəcəyini görəcəyik" deyib.

Türkiyenin qlobal ərzaq böhranını həll etmək üçün addım atdığı və onun formalaşmasında böyük rol oynadığı Qara dənizdə taxıl dəhlizi ilə bağlı müqavilənin qüvvədə olma müddətinin noyabrın 19-da başa çatacağını xatırladan Akar deyib:

"Dostlarımız və tərəflərimiz İstanbulda fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzində intensiv işləyirlər. Taxıl daşınması üçün həftənin 7 günü 24 saat işləyirik. Məqsədimiz əvvəldən bəllidir; ərzaq böhranının qarşısı alınsın, aclığın qarşısı alınsın və siyasi sabitlik pozulmasın. Biz bunun üçün çalışırıq. Biz bu müqavilənin davam etdirilməsinin və icrasının davam etdirilməsinin tərəfdarıyıq. Hətta Rusiya limanlarındakı taxın daşınması mövzusunda da nələr edə biləcəyinin araşdırılması üçün cəhd göstəririk".

Bütün xəbərlər Facebook səhifəmizdə