Xersonun işğalçı “idarəsi” bölgə sakinlərini Rusiya rublunu qəbul etmədiklərinə görə “müharibə qanunlarına uyğun olaraq” məsuliyyətlə və “qovulmaqla” hədələyib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bölgənin qondarma “administrasiya rəhbərinin müavini” Kirill Stremousov Xersonun guya heç kim təslim olmayacağını və təslim olmaq niyyətində olmadığını bildirib.
Bununla bağlı Stremousov tövsiyələr verib və bu gün Xerson vilayətinin administrasiyasını eşitməyən hər kəsi Ukraynanın nəzarətində olan ərazilərə qovacaqları ilə hədələyib.
“...Bu gün şəhərdə qalan Xerson sakinləri yemək üçün rubl qəbul etməkdən imtina etdiklərini qeyd edirlər. Vəziyyətdən qazanc əldə etməyə çalışan quldurlar mütləq müharibə qanunlarına uyğun olaraq cavab verəcəklər”.
Bunu Kirill Stremousov bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB