Sunakın Ukrayna münaqişəsinə münasibəti...

Sunakın Ukrayna münaqişəsinə münasibəti...

“...Ukrayna münaqişəsi dayandırılmalıdır”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rişi Sunak Britaniyanın baş naziri kimi ilk çıxışında bildirib.

“...COVID-19 ilə mübarizənin bizə baha başa gəldiyi milyardlarla funt-sterlinqdən sonra, dəhşətli Ukraynada münaqişənin ortasında baş verən və başa çatdırılmalı olan bütün sarsıntılardan sonra bu anın nə qədər çətin olduğunu başa düşürəm”.

Yeni baş nazır deyib bunu.

Qeyd edək ki, Sunak Britaniyanın dərin iqtisadi böhran keçirdiyini etiraf edib. Bununla belə, o, iqtisadi göstəriciləri yaxşılaşdırmağa çalışan sələfi Liz Trassın istəklərini tərifləyib və onun səhvlər etdiyini vurğulasa da, narahatlığına heyran qaldığını bildirib.

Xatıtladaq ki, oktyabrın 25-də kral III Çarlz Sunakın baş nazir postuna seçilməsini təsdiqləyib. Monarx birinci əmri verdi ki, bu da yeni hökumətin formalaşdırılması olacaq.

Qeyd edək ki, oktyabrın 20-də Liz Trass istefa verdiyini elan edib. O, baş nazirin ona həvalə edilmiş mandatının öhdəsindən gələ bilmədiyini etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə