Oktyabrın 20-də İngiltərədə hakim Mühafizəkarlar Partiyasının liderliyindən istefa verən Liz Trass istefa ərizəsini İngiltərə kralı III Çarlza təqdim etməzdən əvvəl Nazirlər Kabinetinin qarşısında sonuncu dəfə xalqa müraciət edib.
Çıxışında Baş nazir vəzifəsində işləməyin böyük şərəf olduğunu və hökumətinin iqtisadi cəhətdən çətin dövrlərdə ailələr və bizneslərlə birlikdə təcili və qətiyyətlə hərəkət etdiyini bildirən Liz Trass deyib:
"Baş nazir vəzifəsini icra etdiyim gündən etibarən həmişəkindən daha çox əmin oldum ki, biz cəsarətli olmalıyıq və qarşılaşdığımız çətinliklərlə üzləşməliyik".
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Truss çıxışında ölkəsinin Ukraynaya dəstəyini davam etdirməli olduğuna diqqət çəkib.
“Biz Rusiya Prezidenti Vladimir Putinin hücumlarına qarşı bu cəsur mübarizədə Ukraynanı həmişəkindən daha çox dəstəkləməliyik”,-deyə Liz Truss vurğulayıb.
Truss deyib ki, Ukrayna qalib gəlməlidir, İngiltərə isə müdafiəsini gücləndirməyə davam etməlidir.
“Mən buna nail olmaq üçün səylər göstərdim və Rişi Sunaka uğurlar arzulayıram”,-deyə İngiltərənin keçmiş Baş naziri qeyd edib.
İngiltərə və İngilis xalqına olan inancını ifadə edən Truss deyib:"Qarşıda daha parlaq günlərin olduğunu bilirəm".
Liz Trass çıxışından sonra istefasını Kral III Çarlza təqdim etmək üçün Bukingem Sarayına yollandı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB