“...Bizim üçün (...bizim üşün deyəndə,yəni Zatulin üçün-A.B.) qəfil oldu, Ermənistan Respublikası Milli Assambleyasının Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Bizə (mənə) dedilər ki, mənim səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan Respublikasına ziyan vurur”.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini ermənipərəst Konstantin Zatulin Ermənistana girişinə qoyulan qadağaya münasibət bildirib.
Qeyd edək ki, çərşənbə axşamı günü baş nazirin ailəsinə məxsus olan “Haykakan Jamanak” nəşri Zatulinin Ermənistana girişinin qadağan edildiyini və onun indi persona non-qrata hesab edildiyini bildirib.
Nəşr, Zatulinin Ermənistana girişinə qadağa qoyulmasını onun dəfələrlə erməni hakimiyyətini 44 günlük müharibədə məğlubiyyətdə ittiham etməsi ilə izah edib.
... Üstəlik, Zatulin “boyundan yuxarı tullanaraq” Ermənistanın daxili siyasi həyatına müdaxilə edib, Paşinyanın getməli olduğunu bildirirmiş. Və hətta, Nikolu Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda da günahlandırırmış.
...Yaxşı, indi Zatulin neyləməlidir? Onu İrəvana buraxmırlar, deməli, 5-10 manat... hər nə idi,.. o da daha olmayacaq.
Deyilənlərə görə, Zatulin indi Paşinyanın imzaladığı “dəhliz” razılaşmasında da... daha Nikolu günahkar bilmir.
...Yəni indi o Nikolun bütün əməllərini təqdir edir...bircə ermənilər onu verdikləri cibxərcliyindən məhrum etməsinlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB