Məsəldir, deyərlər... cahil adam özünə düşməndirsə, başqası ilə necə dost ola bilər.
...Başqa yerə yozmayın, bunu elə-belə dedim.
...Deməli, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu günlərdə...özünə görə, “maraqlı” bir təkliflə çıxış edib. Belə ki, son günlər Ukrayna ordusunun Rusiya ərazilərinə atəş açmasını Rusiya ordusunun zəifliyi kimi, qələmə verən Ramzan, Rusiya ordusundan daha sərt tədbirlər görməyi tələb edib. Belə ki, o, cavab olaraq, Ukrayna şəhərlərinin yer üzündən silinməyə çağırıb.
Qeyd edək ki, o, bu barədə teleqram kanalında uzun və xaotik səsli mesajda...”don-don” deyə-deyə danışıb.
Ramzana görə, guya biz-rusiyalılar ukraynalılara zəif cavab verməklə, onlara “humanistlik” nümayiş etdiririk.
...Əgər mərmi bizim istiqamətə, bizim bölgəmizə uçubsa, o zaman Ukrayna şəhərlərini yerlə-yeksan etməliyik ki, uzaq üfüqləri görə bilək.
Və bundan sonra onlar da bizim istiqamətə atəş açmağı ağllarına belə gətirməsinlər.
Ramzana görə, hər hansı qərar qəbul edəcəyimiz təqdirdə sabah nə baş verəcəyinə baxmağa ehtiyac yoxdur.
O, həmçinin, Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı müdaxiləsini “Roskomnadzor”un tələb etdiyi kimi “xüsusi əməliyyat” yox, müharibə adlandırmağı təkid edib.
Yenə də Ramzana görə, çünki bu gün döyüşlər artıq “bizim –“doğma” Rusiya torpaqda” gedir.
Maraqlıdır ki, Kadırov həm də Şimali Qafqaz xalqları arasında könüllülərin kifayət qədər olmamasından hiddətlənib. Onun sözlərinə görə, qafqazlılar hərbi komissarlıqda növbəyə durmalıdırlar, çünki “bu, ən çox bizi narahat edir”(?).
O, daha sonra 1,6 milyonluq çeçenin 300-400 mininin cəbhəyə getməli olduğunu bildirib. (...qeyd edilməlidir ki, SİA-nın da əldə edib yaydığı məlumata görə, Ukrayna-Rusiya münaqişəsində ən çox itki verən Dağıstan və Buryatiyadan olan çağırışçılardır-A.B.)
...Sən demə, Ramzan Ukrayna-Rusiya cəbhəsindəki mövcud vəziyyətdən də çox narazıymış. Buna görə də, “...böyük və daha pis” olmayacaq-deyən Kadırov daha bir tapıntısını da ortaya qoyub. Belə ki, Ramzanın dediyinə görə, sən demə, “artıq Avropanın gücü-filanı yoxdur (...hə, bu ruslarda ləyənlədir- A.B.), ona görə də, niyə bizimlə döyüşmək üçün öz elgəbətçilərini (...dövlət təhlükəsizlik işçilərini-A.B.) göndərməlidirlər?”.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ramzan Kadırov rus səlahiyyətlilərinə xoş gəlmək üçün yetkinlik yaşına çatmayan övladını - 16 yaşlı Axmatı, 15 yaşlı Zəlimxanı və 14 yaşlı Adamı Ukraynada genişmiqyaslı müharibəyə-“döyüşməyə göndərmişdi”.
Deyilənlərə görə, onlar da ataları Ramzanın üzünü “ağ ediblər”. Belə ki, bu günlərdə Qroznıya “qısamüddətli” məzuniyyətə gələn üç övlad...hərəyə bir Ukrayna əsgərini əsir götürərək...əlibağlı özləri ilə gətirib... dədələrinə təhvil veriblər...
... Yaponlarda məsəl var, deyirlər...düyünün içindəki qara daşdan yox, ağ daşdan qorxun.
Bunu da başqa yerə yozmayın,.. elə-belə dedim.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB