ABŞ-dan Rusiya bəyanatı: "Nəticələri ağır olacaq"

ABŞ-dan Rusiya bəyanatı: "Nəticələri ağır olacaq"

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun bədəli ağır olacaq və Ukraynanın öz ərazisində radioaktiv tərkibli “çirkli bomba” istifadə etməyə hazırlaşdığına dair iddialar “dezinformasiya”dır. SİA xəbər verir ki, gündəlik mətbuat konfransında Prays deyib: “Biz Kremldən yayılan bu cür açıq dezinformasiyaları eşitməkdən narahatıq. Bu cür iddialara gəlincə, biz Kremlin tarixini bilirik”.

Ukrayna xarici işlər nazirinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi ilə görüşdüyünü və ölkəsindəki obyektlərin yoxlanılmasına çağırdığını xatırladan Prays ABŞ dövlət katibi Antoni Blinkenin də bu gün Qrossi ilə görüşəcəyini qeyd edib və bu məsələ onların gündəmindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə