Dönər qiymətinə görə Şoltsa etiraz edildi - VİDEO

Dönər qiymətinə görə Şoltsa etiraz edildi - VİDEO

Dönər qiymətləri ilə bağlı Almaniya kansleri Olaf Şoltsa qarşı etiraz aksiyası keçirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirə qarşı olan etiraz sosial mediada gündəmə gəlib.

Sosial mediada paylaşılan görüntülərdə Şoltsun Münhendəki görüşləri zamanı bir nəfər “Əziz Şolts, dönər 8 avrodur. Putinlə danış, dönər yenə 4 avro olsun”, deyib.

Şolts qiymət artımına etiraz edən şəxsə gülümsədikdən sonra ofis maşınına əyləşərək ərazini tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə