İşə gedən gənc qadın geyiminə görə evə göndərilib

İşə gedən gənc qadın geyiminə görə evə göndərilib

Not Marie Dee adlı qadının başına gələn hadisə sosial şəbəkədə müzakirələrə səbəb olub. SİA xəbər verir ki, gənc qadın dekolteli paltara üstünlük verdikdən sonra işə getdiyini bildirib. Lakin iş yerinə girəndə gözləmədiyi münasibətlə qarşılaşıb.

Geyiminin çox açıq-saçıq olduğu üzə çıxdıqdan sonra gənc qadına “diqqət çəkirsən” deyilərək yenidən evə göndərilib. Hadisənin şokundan ayılmayan NotMarieDee adlı gənc qadın ürəyindən keçənləri sosial şəbəkədə paylaşaraq rahatlayıb.

Sosial şəbəkə istifadəçiləri qadının geyiminin abartılı olmadığını dilə gətirərək buna görə idarəçilərin ondan üzr istəməli olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə