Oktyabrın 20-də İngiltərədə hakim Mühafizəkarlar Partiyasının liderliyindən istefa verən Liz Trussun ardından partiya daxilində başlayan liderlik yarışında qalib gələrək ölkənin yeni baş naziri olan Sunak ilk çıxışını edib. SİA xəbər verir ki, Sunak çıxışının əvvəlində fövqəladə çətin şəraitdə ölkəyə göstərdiyi xidmətə görə Trussa təşəkkür edib. Mühafizəkarlar Partiyasının deputatlarının dəstəyi ilə partiyanın yeni lideri seçilməsindən böyük şərəf duyduğunu ifadə edən Sunak, partiyasına və ölkəsinə xidmət etməyin həyatının ən böyük imtiyazı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB