NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukraynanın öz ərazisində radioaktiv tərkibli “çirkli bomba” istifadə edə biləcəyi iddiasını rədd edib. SİA xəbər verir ki, Stoltenberq sosial media hesabından verdiyi açıqlamada, sözügedən iddia ilə bağlı ABŞ dövlət katibi Lloyd Austin və İngiltərə müdafiə naziri Ben Vallace ilə danışdığını bildirib: “NATO müttəfiqləri bu iddianı rədd edir”.
Stoltenberq bildirib ki, Rusiya bu iddianı gərginliyi artırmaq üçün bəhanə kimi istifadə etməməlidir. Stoltenberq Ukraynaya “sarsılmaz” dəstəyini davam etdirəcəklərini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB