Jurnalist Anton Krasovski ukraynalı uşaqlara qarşı qəbuledilməz müraciətdən sonra yenidən...izahat verməyə çalışıb.
SİA-nın əldə etdiyi məlumata görə, Telegram kanalında yayımladığı videoda o, bu cəhdini “son sözü” adlandırıb.
“...Mən bu sözü dövlətin məhkəməsində deyil, xalqın məhkəməsində deyirəm”- deyən Krasovski. Donbas, Zaporojye və Xersona səfərlərini, orada gördüyü bədbəxt uşaqları, ölən əsgərlərin cəsədlərini xatırladarq köhnə palan içi töküb.
“...Mən axmaqam! Sərhədləri keçmədim - istəmədən onları sildim: doğru ilə yanlış, saf şər və intiqam, bizimlə onlar arasındakı sərhədləri”...
“...Mən hər uşaq, hər ana, hər ailə haqqında düşünürəm. Həm də qarşı tərəfdəki hər bir uşağı düşünürəm və qarşı tərəfdəki hər uşaq üçün əziyyət çəkirəm. Mən xəyal edirəm ki, ölüm olmasın, uşaqlar ölməsin, inanın mənə”...
Krasovski, daha sonra, heç kimə ölüm arzulamadığını və uşaqlar barədə “pis fikirlər” səsləndirərkən, onu .. “cin apardığını” bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB