Zelenski hava məkanını qorumaq üçün İsraildən kömək istəyir

Zelenski hava məkanını qorumaq üçün İsraildən kömək istəyir

Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında videomüraciətində bir daha İsraildən ölkə üzərindəki hava məkanının qorunmasında kömək istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, oktyabrın 24-də İsrailin müdafiə naziri Benni Qants ukraynalı həmkarı Aleksey Reznikovla telefon danışığı zamanı ölkəsinin Kiyevə silah tədarük etməyə hazır olmadığını bildirib.

Bu arada Zelenski Ukraynanın hələ ki, onun səmasını tam qoruya biləcək kifayət qədər effektiv hava hücumundan müdafiə və raketdən müdafiə sisteminə malik olmadığını bildirib.

“...Bir çox demokratik ölkələr bizə kömək edir. Amma biz İsrailin də köməyini istərdik”.

Qeyd edək ki, bunu Ukrayna lideri bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Zelenski Fransa telekanallarına müsahibəsində İsrail hakimiyyətinin Kiyevi tələb olunan silahlarla təmin etməməsindən təəccübləndiyini bildirmişdi.

...Vladimir Zelenski lazımi səviyyədə olan hava hücumundan müdafiə sistemlərinin yalnız 10 faizinin Ukrayna ordusunda xidmətdə olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə