Rusiyada zabit və serjant çatışmazlığı səbəbindən yeni səfərbər olunanlar başsız qalıblar. Yəni təlim hissələrində təlimatçı və pedaqoji heyətinin zabit və çavuş vəzifələrinin hazırlanması zamanı problemlər yaranıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə,bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində deyilir.
Qeyd olunur ki, mövcud məlumatlara görə, Rusiya səfərbər edilmiş şəxslərin bir hissəsinin birləşmiş silahların poliqonlarında və müəyyən ixtisaslar üzrə mütəxəssislərin hazırlanması bölmələrində hazırlanmasını davam etdirirlər.
Ukrayna saytlarının yazdığına görə, yeni çağırışçılara təlim keçmək üçün təlimatçı hərbçilərin çatışmamazlığı onların əksəriyyətinin döyüşlərdə öldürülmələri ilə bağlıdır.
Bundan əlavə, yenə də Ukrayna saytlarının yazdığına görə, buna başqa bir səbəb rus çağırışçıların həddən artıq çox olması ilə bağlıdır. Yəni, rusların 300 min çağırışçı adı altında...daha çox əsgər səfərbər ediblər.
Məhz buna görə də, yeni çağırışçılar təlim keçmək üçün “təsadüfi təlimatçılara” həvalə edilirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB