Ukrayna-Rusiya sərhədində vəziyyət “ruscadır”...

Ukrayna-Rusiya sərhədində vəziyyət “ruscadır”...

Rostov vilayətində əlavə mühafizə postları yaradılıb. Təhlükəsizliyi gücləndirmək üçün cəlb olunan işçilərin sayı isə xeyli artırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS region qubernatorunun mətbuat xidmətinə istinadən xəbər verir.

...Rostov vilayətində əlavə postlar qoyulub, cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb.

Səbəb isə Ukraynadan gözlənilən təhlükədir.

Qeyd edək ki, əvvəllər Rusiyanın Ukrayna ilə həmsərhəd olan bir sıra regionlarında “orta cavab səviyyəsi” tətbiq edilib – bu, əsasənCənub və Mərkəzi Federal Dairələrin regionlarına aiddir.

Xüsusilə, xüsusi rejim Krım Respublikası, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri və Sevastopol üçün şamil edilir.

Belə ki, bu rayonlarda ictimai asayişin, hərbi obyektlərin və dövlət qurumlarının, rabitə vasitələrinin və nəqliyyat infrastrukturunun mühafizəsi gücləndiriləcək.

...Nəqliyyat və rabitə obyektlərində xüsusi iş rejimi tətbiq olunacaq, təhlükəli zonalardan əhali müvəqqəti olaraq təchiz olunmuş və stasionar yaşayış məntəqələrinə köçürüləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə