Qazaxıstan prezidenti Kasım Comert Tokayev hərbi doktrinada dəyişiklikləri nəzərdə tutan fərmanı imzalayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi xəbərə görə, Qazaxıstan Müdafiə Nazirliyi məlumatında bildirilir: “Prezident K.C.Tokayev 2021-ci ildə ictimaiyyətə müraciətində ölkənin hərbi doktrinasının yenilənməsi barədə göstəriş verib.
Müdafiə qabiliyyətinin gücləndirilməsi və təhdidlərə cavab tədbirlərinin sürətləndirilməsi dövlətin prioritetləridir.
Yenilənmiş hərbi doktrinada təhlükəsizliyə təsir edən müasir amillər nəzərə alınır.
Ordunun döyüş potensialının artırılması üçün xüsusi əməliyyat qüvvələrinin inkişafı planlaşdırılır.
Bundan əlavə, doktrina yeni təhlükə və risklərə adekvat cavab vermək üçün dövlətin hərbi potensialını artırır.
Dövlət başçısının imzası ilə ölkənin yenilənmiş hərbi doktrinası qüvvəyə minib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB