Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Beynəlxalq Krım Platforması Parlament Zirvə Toplantısı üçün Xorvatiyaya gedib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
M.Şentop sammitdən əvvəl Zaqreb Universiteti Türkologiya fakültəsinin tələbələri ilə görüşüb. Buradakı çıxında Türkiyə parlamentinin sədri deyib: “Türkiyə və Xorvatiya iki dost və müttəfiq ölkədir, tarixi və mədəni əlaqələri dərin köklərə malikdir.
Etibarlı tərəfdaşlar regionda sülh və sabitlik üçün birgə çalışmalıdır. Beynəlxalq sistemin prinsipləri silah gücünə pozulur, problemlər kobud güclə həll olunmağa çalışılır. Ukrayna və bir çox bölgədə gərginliyi artıran aktyorlara baxmayaraq, etibarlı və hörmətli ölkələr kimi Türkiyə və Xorvatiya da regional sabitliyin əsas dayaqlarıdır.”
Qeyd edək ki, oktyabrın 25-də Beynəlxalq Krım Platforması Parlament Sammiti keçiriləcək. TBMM sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlen, Finlandiya parlamentinin sədr müavini Anitte Rinne və Ukrayna parlamentinin sədri Ruslan Stefançuk ilə də görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB