Maksim Medvedev: “Qarabağ” mənim həyatımdır”

Maksim Medvedev: “Qarabağ” mənim həyatımdır”

"Qurban Qurbanovun "Qarabağ"ın inkişafında böyük rolu var. Onun sayəsində Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən komandamız formalaşıb".

SİA Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA-nın Ağdam təmsilçisindən hazırladığı reportajda deyib.

O bildirib ki, "Qarabağ" onun həyatıdır: "Mən uşaqlıqdan karyerama burada başlamışam. 19 ildir ki, bu klubun üzvüyəm. Kapitan sarğısı da mənə həvalə olunub".

M.Medvedevin sözlərinə görə, "Qarabağ"ın hər bir oyunçusu klubun əhəmiyyətini anlayır: "Komandamıza qoşulan hər kəsə bunun millət və xalq üçün nə demək olduğunu öyrədirik. Onlar hansı klubu təmsil etdiklərini çox gözəl başa düşürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə