Ölənlər qismən səfərbərlik çərçivəsində çağırılanlardır

Ölənlər qismən səfərbərlik çərçivəsində çağırılanlardır

Ukraynada qismən səfərbərlik çərçivəsində Sverdlovsk vilayətindən çağırılan çeçen kampaniyasının 39 yaşlı veteranı Yevgeni Çeqayev dünyasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, “E1.ru” portalı xəbər verir ki, xüsusi əməliyyat zamanı ehtiyatda olan hərbçinin ölümü ilə bağlı məlumatı hərbçinin yaxınları, həmçinin hərbi komissarlığın və yerli administrasiyanın nümayəndələri təsdiqləyiblər.

Portalın məlumatına görə, Çeqayev sentyabrın 23-də Talitski rayonunda hərbi xidmətə çağırılıb və 6 gün sonra, sentyabrın 29-da çağırış məntəqəsinə gəlib. Qeyd edək ki, ailəsi onun ölümü ilə bağlı xəbəri oktyabrın ortalarında alıb.

Çeqayevin ölümü ilə bağlı xəbərlər oktyabrın 24-də təsdiqlənib. Dəfn işini rəhbərlik öz üzərinə götürüb, lakin hərbçinin meyiti hələ də doğma kəndinə qaytarılmayıb.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl qismən səfərbərlik çərçivəsində Buryatiyadan çağırılan çoxuşaqlı ata olan Andrey Xomiçenkonun da öldüyü məlum olub.

Rusiya prezidenti Vladimir Putin səfərbər olunanların həlak olması ilə bağlı məlumatlara cavab olaraq bildirib ki, qismən səfərbərlik çərçivəsində çağırılan vətəndaşlar müəyyən edilmiş təlimləri keçə bildikləri üçün artıq döyüş əməliyyatlarında iştirak edə bilərlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə