Bu dəfə Yens Stoltenberq bu barədə olan iddiaları absurd adlandırıb. Amma bayaq da dediyim kimi, kimə deyirsən?
Beləliklə, Şimali Atlantika Alyansının baş katibi “Politico”ya müsahibəsində “Kiyev bunu intensiv şəkildə mübarizə apardığı öz ərazisində etməyəcək” deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu da rusların ürəyinə, “xal salıb”. Deməli, Kiyev bunu öz ərazisində etməyəcəksə...
Bu gün Rusiya prezidentinin mətbuat katibi Ukraynanın “çirkli bomba”dan istifadə təhlükəsinin göz qabağında olduğunu bir daha bildirib.
Dmitri Peskov vurğulayıb ki, bəzi ölkələrin Moskvadan gələn müvafiq məlumatlara şübhə ilə yanaşması heç bir riskin olmadığı anlamına gəlmir.
“....Rusiya tərəfinin ötürdüyü məlumatlara onların inamsızlığı o demək deyil ki, belə çirkli bomba ”istifadəsi təhlükəsi aradan qalxır. Təhdid...göz qabağındadır”.
Bunu Kreml sözçüsü bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB