Finlandiyanın “VR Group” dövlət şirkəti bu ilin sonuna qədər Rusiya istiqamətində dəmir yolu ilə yük daşımalarını tamamilə dayandıracaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu şirkətin baş direktoru Elisa Markula bildirib.
Bu arada Finlandiyanın “Kauppalehti” qəzeti şirkət rəhbərinin sözlərindən sitat gətirib: “...Şərqə yük daşımaları ən geci bu ilin sonuna qədər tamamilə dayandırılacaq”. Xatırladaq ki, ötən ayın sonuna şirkət Rusiya Federasiyasında yük daşımalarının 65 faizini azaldıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB