Çeçenistan xüsusi təyinatlı "Axmat"ın döyüşçüləri son günlər ərzində düşmənin 30-a yaxın tankını məhv edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib.
Ramzanın dediyinə görə, “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Aronoviçin nəzarət etdiyi sektorda çeçen dəstələrinin birbaşa nəzarəti altında 100 km-dən çox ərazi var.
“...Mən fəxr edirəm ki, düşmən bunu heç vaxt geri qaytara bilməyib. Çeçenlərin tutduğu mövqenin bir metrini belə. Yalnız son bir neçə gün ərzində əsgərlərimiz digər zirehli və hərbi texnikanı nəzərə almasaq, 30-a yaxın tankı məhv edib”.
Kadırov yazıb bunu.
Onun sözlərinə görə, Çeçenistan Respublikasından olan döyüşçülər (...rusların geriyə qaçmalarına baxmayaraq-A.B.), hər gün irəliləyir və bölmələrin nailiyyətləri komandanlığın ən yüksək səviyyəsində qeyd olunur.
“Mən bütün Vətən müdafiəçilərinə minnətdaram. Məhz belə oğulların sayəsində Rusiya həmişə dünyanın ən güclü dövləti olub və qalır”, - Çeçenistan rəhbəri əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB