“Rusiya-İran yaxınlaşmasına göz yummaq olmaz”

Bunu İsrailin baş naziri deyir...
“Rusiya-İran yaxınlaşmasına göz yummaq olmaz”

...İsrail Ukraynada baş verən hadisələr fonunda Rusiya və İranın son yaxınlaşmasından getdikcə daha çox narahatdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İsrailin baş naziri Yair Lapid “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib.

“...Gördüyümüz işin bir hissəsi hazırda Rusiya və İran arasında yaranan çox təhlükəli yaxınlıq ilə bağlıdır”, - deyən israilli baş nazir “...bu, göz ardı edəcəyimiz və ya onun qarşısında hərəkətsiz olacağımız bir şey deyil”-deyə bildirib.

O bildirib ki, vəziyyət “gündəlik” qiymətləndirilməlidir.

Lapidin sözlərinə görə, İsrail daim vəziyyətin inkişafı ilə bağlı amerikalılarla sıx məsləhətləşmələr aparır.

Rusiya tərəfi dəfələrlə Ukraynada İran pilotsuz təyyarələrinin istifadəsini təkzib edib. Bununla yanaşı İran Xarici İşlər Nazirliyi də ittihamları əsassız adlandırıb.

Amma...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə