Rusiyanın baş naziri Mixail Mişustin nəqliyyat nazirinin müavini Aleksandr Suxanovu vəzifəsindən azad edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bəzi mənbələrə görə, Suxanovun öz xahişi, yəni “üzüsulu” getdiyi də bildirilir.
Qeyd edək ki, nazir müavini Krım körpüsü də daxil olmaqla nəqliyyat təhlükəsizliyinə cavabdeh idi. Belə ki, o Nəqliyyat Nazirliyinin Departament Təhlükəsizlik İdarəsi Federal Dövlət Unitar Müəssisəsinin işinə nəzarət edirdi.
Maraqlıdır ki, sənəddə Aleksandr Viktoroviç Suxanovun öz xahişi ilə Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini vəzifəsindən azad edildiyi göstərilir.
Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsündə partlayış baş verdi. Yük maşınının partlaması nəticəsində avtomobil nəqliyyatı üçün körpünün bir neçə aşırımı dağıldı. Dörd nəfər həlak olub, daha bir neçə nəfər isə itkin düşdü.
Qeyd edək ki, Rusiya FSB partlayışda iştirak edən Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun adını açıqlayıb. Rusiya prezidenti Vladimir Putin İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə görüşündə baş verənlərin terror aktı olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB