Sunak Böyük Britaniyanın baş naziri olur

Sunak Böyük Britaniyanın baş naziri olur

Keçmiş maliyyə naziri Rişi Sunak Böyük Britaniyanın baş naziri vəzifəsinə yeganə namizəd olaraq qalır.

SİA TASS-a istinadən xəbər verir ki, bu, parlamentin İcmalar Palatasının lideri Penni Mordontun mühafizəkarların lideri və hökumət başçısı postları uğrunda mübarizənin başa çatdığını elan etməsi ilə bağlıdır.

Qeyd olunur ki, Mordont qərarını sosial şəbəkələrdə açıqlayıb. Bundan əvvəl o, seçkilərdə iştirak etmək üçün lazım olan səsləri praktiki olaraq qazandığını bildirmişdi. Buna görə də, qısa kampaniyanın qalibi avtomatik olaraq qalan yeganə namizəd olur. Bu, 42 yaşlı maliyyəçi Rişi Sunakdır.

Agentliyin məlumatına görə, bazar ertəsi, oktyabrın 24-də o, partiyaya rəhbərlik edəcək. Çərşənbə axşamı onun Britaniya tarixində ilk etnik hindistanlı hökumət başçısı olacağı gözlənilir.

Yeri gəlmişkən, Sunak Böyük Britaniyanın son 200 ildə ən gənc hökumət başçısı olacaq.

Xatırladaq ki, 1812-ci ildə baş nazir postunu 42 yaşlı Lord Liverpul tutub. Və ən gənci balaca Pitt bu vəzifəni 1783-cü ildə, 24 yaşında tutmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə