Norveçin Nordland əyalətinin polisi iki Rusiya vətəndaşını hərbi obyektlərdə çəkiliş apardıqları üçün saxlayıb. Amma maraqlıdır ki, onlar özlərini təqsirli bilməyiblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “TV2” xəbər verir.
Qeyd olunur ki, Rusiya vətəndaşları oktyabrın 22-də saxlanılıb. Qabaqlayıcı tədbirin seçilməsi məsələsinə isə oktyabrın 24-də baxılmalıdır.
Məlumata görə, saxlanılan ruslar ölkəyə turizm məqsədi ilə gəldiklərini bəyan edirlər,..amma günahlarını etiraf etmirlər.
Teleşirkətin məlumatına görə, bu, ruslarla bağlı ilk hadisə deyil, belə ki, son iki həftə ərzində Norveçin şimalında pilotsuz təyyarələri olan yeddi Rusiya vətəndaşı saxlanılıb. Amma onların dördü bir neçə günlük həbsdən sonra sərbəst buraxılıb.
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Norveç hakimiyyəti ərazisində Rusiya vətəndaşlarının pilotsuz təyyarələrdən istifadəsinə qadağa qoyub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB