“Efirdən qovulması Krasovski üçün yüngül cəzadır”

“Efirdən qovulması Krasovski üçün yüngül cəzadır”

Dövlət Dumasının Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin rəhbəri Nina Ostanina RT-nin keçmiş jurnalisti Anton Krasovskini ukraynalı uşaqlarla bağlı dediyi sözlərdən sonra onu Üçüncü Reyxin füreri Adolf Hitlerlə müqayisə edib.

SİA-nın əldə etdiyi məlumata görə, Ostaninanın sözlərini Ura.ru yayıb.

Komitə rəhbərinin sözlərinə görə, Krasovskinin bəyanatının şərhə ehtiyacı yoxdur. Ostaninanın sözlərinə görə, bütün sərhədləri aşan insanın şəxsiyyətini qiymətləndirmək lazımdır. Bu açıq şəkildə nasist-faşist bəyanatıdır. Bu pozğun, Hitler kimi, nasistlərin etdiyi kimi uşaqları öldürməyin zəruriliyini bəyan edəcək qədər irəlilədi...

Ostanina əlavə edib ki, bu gün Krasovskinin efirdən “qovulması” onun üçün elə də ağr cəza deyil.

Qeyd edək ki, hazırda “quyruğu qapı arasında qalan” tülkü kimi... Krasovski dediyi sözlərə görə üzr istəyib və “həqiqətən utandığını” bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə