Suvorovla Uşakov da Xersondan “gedib”...

Suvorovla Uşakov da Xersondan “gedib”...

Deyəsən, rusların Xersonu qoyub qaçacaqları artıq dəqiqdir. Bel ki, onlar şəhərdəki Aleksandr Suvorov və admiral Fyodor Uşakovun abidələrini postamentlərindən söküb aparıblar.

SİA-nın əldə etdiyi məlumata görə, Zaporojye vilayətinin Rusiya administrasiyasının nümayəndəsi Vladimir Roqov bunu... abidələrə xələl gəlməməsi ilə əlaqələndirib.

Rusiya nümayəndəsi Roqov ukraynalıların Rusiya hərbi liderlərini (...Suvorovla Uşakovun abidələrini deyir-A.B.) daim atəşə tutmasından “gileylənib, heykəllərə xətər gəlməsin deyə, onu söküb apardıqlarını deyib.

Qeyd edək ki, bu gün, bazar ertəsi sosial şəbəkələrdə yerli sakinlər tərəfindən boş postamentlərin fotoları yayımlanıb.

Maraqlıdır ki, Xerson vilayətinin rəhbərliyi abidələrin götürülməsi ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.

Xatırladaq ki, ötən həftə Rusiyanın regiondakı hakimiyyət orqanları Xerson da daxil olmaqla bir neçə bələdiyyənin sakinlərinin, eləcə də yerli məmurların Dnepr çayının sol sahilinə köçürüldüyünü elan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə