Uqandada Ebola epidemiyası baş qaldırıb

Uqandada Ebola epidemiyası baş qaldırıb

Uqandada ebola epidemiyasının nəzarətdən çıxa biləcəyi ilə bağlı qorxular yaranıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkədə yoluxanların sayı 75-ə yüksəlib.

Xəstələrin göndərildiyi Uqandanın paytaxtı Kampala şəhərindəki Mulaqo xəstəxanasında daha 9 nəfər Ebola virusuna yoluxub. Bununla da xəstəxananın karantin bölməsində müsbət halların sayı 14-ə yüksəlib. Rəsmi məlumatlara görə, indiyədək ölkədə Eboladan 28 nəfər ölüb.

Qeyd edək ki, Uqandada ilk hadisə sentyabrın 20-də aşkarlanıb, lakin xəstəliyin üç həftə əvvəl başlaması narahatlıq doğurub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə