"Russia Today” telekanalının rus dilindəki yayım direktoru Anton Krasovski ilə “əməkdaşlığı... dayandırır”.
Səbəb isə “çox sadədir”. Belə ki, Krasovski Ukrayna ərazisinin Rusiya tərəfindən işğal edildiyinə inanan rusdilli ukraynalı uşaqları boğmaq çağırışı edib.
...Və təbii ki, telekanalın rəhbəri Marqarita Simonyan da belə belə çağırışları qəbul etmir. Əslində, bunu Marqaritanın humanistliyi ilə əlaqələndirmək, məncə, doğru olmazdı.
Amma, məsələ bundadır ki,..zəmanə, indi əvvəlki zəmanə deyil. Yəni Rusiyanın, dəqiq desək, onun Solovyov, Skabeeva, Şenin kimi yalan püskürən təbliğatcılarının sabahkı aqibətlərinin necə olacağı hələ sual altındadır. Ona görə də, bu dəqiqə onların son davranışları... batan gəmini, birinci tərk etməyə cəhd edən siçovulların davranışına bənzəyir.
Qeyd edək ki, Marqarita Simonyan da dediyim dəstədəndir və indi onun Krasovskinin açıqlamasını “vəhşi və iyrənc” adlandırması... da bir az “süni görünür”. Yenə də nə bilmək olar.
Xatırladım ki, oktyabrın 20-də Krasovski “Russia Today” da “Antonyms” müəllif proqramının efirində yazıçı Sergey Lukyanenko ilə söhbətində digər məsələlərlə yanaşı, Ukrayna ərazisinin Rusiya tərəfindən işğal edildiyinə inanan rusdilli ukraynalı uşaqları suda boğmağı təklif edib.
Krasovski bu cür uşaqların diri-diri yandırılmasını da təklif edib və “Ukrayna heç də mövcud olmamalıdır”-deyə bildirib.
Qeyd edək ki, Krasovskiyə ilk etiraz edən elə Lukyanenkonun özü olub və... “Ukrayna mövcud olmalıdır”-deyib, “çünki bir dövlətdə yaşamaq istəməyən çoxlu sayda insan olacaq”-deyə əlavə edib.
“...Yaxşı, vuracağıq”. Bunu da Krasovski bildirib.
Bu arada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Krasovskini soyqırıma çağırışda ittiham edərək, bütün dünya ölkələrini Rusiyanın dövlət televiziyası “Russia Today” kanalının yayımını qadağan etməyə çağırıb.
Xatırladaq ki, Krasovski bundan əvvəl Rusiya hərbçiləri tərəfindən Ukraynanın Vinnitsa şəhərinin mərkəzini atəşə tutması nəticəsində onlarla dinc sakinin həlak olmasını, oktyabrın 10-da isə Ukrayna şəhərlərinə kütləvi raket hücumlarının həyata keçirildiyinə dəstək vermişdi. Qeyd edək ki, həmən ərəfədə o, sosial şəbəkələrdə pijama geyinərək eyvanda “Rusiya ordusu” yazısı ilə rəqs etdiyi videonu yaymışdı.
Maraqlıdır, görən, Marqarita niyə həmən ərəfədə Krasovskininin əməllərinə reaksiya verib, “əməkdaşı”nı tənbeh etməmişdi? Təbii ki, cəzasız qalması da Krasovskiyə yeni “ruh” verib.
Amma deyilənlərə görə, hazırda o, dediklərinə görə, “peşiman olub” üzürxahlıq etsə də, guya Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə Krasovskinin ifadələrini yoxlamaq tapşırılıb. Əslində, ona hansısa bir cəzanın veriləcəyi də inandırıcı görünmür.
Yeri gəlmişkən, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra “RT”nin yayımı Avropa İttifaqı ölkələrində və Kanadada qadağan edilib. “RT”nin ABŞ bölməsi də fəaliyyətini dayandırıb.
Amma hələ ki, “Russia Today” ərəb və ispan dillərində yayımını davam etdirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB