Sloveniyada prezident seçkilərinin qalibi ikinci turun sonunda məlum olacaq
Sloveniyada keçirilmiş prezident seçkilərinin qalibi ikinci turun yekun nəticələrinə əsasən müəyyənləşəcək.
SİA xəbər verir ki, ilk turda keçmiş xarici işlər naziri və Sloveniya Demokratik Partiyasının dəstəklədiyi namizəd Anje Loqar qalib gəlib. O, seçicilərin 34 faizinin səsini qazanıb və noyabrın 13-də keçiriləcək prezident seçkilərinin ikinci turunda bitərəf namizəd Nataşa Pirç Musara rəqib olub. İkinci yerdə qərarlaşan N. P. Musar 26,9 faiz səs toplayıb, Baş nazir Robert Qolobun dəstəklədiyi deputat Milan Brqlez isə 15,4 faiz səslə mübarizəni dayandırıb.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda mübarizə liberal və solçu düşərgə arasında gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB