Boris Conson yenidən Baş nazir olmaqdan imtina edib

Boris Conson yenidən Baş nazir olmaqdan imtina edib

Boris Conson baş nazirlik uğrunda keçiriləcək seçkidə namizəd olmayacağını açıqlayıb. SİA “Sky News”a istinadən xəbər verir ki, o bildirib ki, yetərli sayda deputatların dəstəyinə sahibdir.

“Bu gecə mən təsdiq edə bilərəm ki, baş nazirlik postu üçün lazım olan səsdən də çox - 102 səsə sahibəm. Sabah öz namizədliyimi irəli sürə bilərəm. Seçkidə uğur qazanmağım üçün çox yaxşı şans var və həqiqətən də cümə günü “Downing Street”ə qayıda bilərəm”, - deyə keçmiş Baş nazir qeyd edib.

Parlamentdə vahid partiya olmadan səmərəli idarəçiliyin mümkün olmadığını deyən Conson nazmizədliyinin irəli sürülməsini düzgün hesab etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə