Müalicəsi olmayan xəstə millət...

Müalicəsi olmayan xəstə millət...

...Putin Rusiyası məğlubiyyət yolundadır, bundan sonra dünya tamam başqa cür olacaq. Gələcəkdə, bir neçə ildən sonra güclü və demokratik dövlətlərin müttəfiq olması üçün Ermənistan indi Rusiyaya qarşı çıxanlarla dost olmalıdır...

Bunu ermənilər deyir, bunu isə...

...Deyir ucqar kəndlərdən birinə səyyar sirk gətirirlər. Kənd əhli tamaşaya baxmağa gələndə məlum olur ki, sirkin gətirdiyi və əsas nömrələrindən birini nümayiş etdirəcək fil xəstələnib. Sirk işçiləri tez əl-ayağa düşürlər.

Yerlilərdən biri kənddəki baytarın ünvanını verir və baytarı tapıb gətirirlər. Baytar ağ xalatını geyib... filin başında fırlanmağa başlayır. Sirk işçiləri də təəccüb dolu baxışlarla onun hərəkətlərini müşahidə etməyə başlayırlar. Vaxt isə keçir. Nəhayət sirk işçilərindən biri tamaşanın başlayacağına az qalıb deyə, baytardan fili müayinə etməyi xahiş edir.

Baytar da gözünü döyə-döyə qayıdır ki, inanın bayaqdan mən də buna cəhd edirəm, amma bu heyvanın başı ilə axrasını hələ ki, müəyyən edə bilməmişəm. Siz onları mənə başa salın, sonrası mənlikdir...

...Hə, nə deyəcəkdim? Deyəsən, “demokratik ermənilər” indi də gələcəkdə demokratik dövlətlərlə müttəfiq olmaq arzusuna düşüblər axı.

Amma maraqlıdır, indiyə qədər başı ilə axrası hələ də məlum olmayan bu millətin, deyək ki, dediyim əzalarının yeri müəyyən edilsə...görəsən,..onları müalicə etmək olcaqmı? Bir də ermənilərin hansı “demokratiyaya” sahib olduqları...artıq Qərbdə də coxlarına məlumdur.

...Deyim ki, onların öz iddialarına görə, elə də inandırıcı görünmür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə