Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivinin mövcud olduğunu istisna etmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bazar günü Romada Müqəddəs Egidio katolik icması tərəfindən təşkil edilən “Dünyaya Bəyanat” beynəlxalq forumunda çıxış edən Makron “Sülh perspektivi mövcuddur” deyə bildirib.
Eyni zamanda, Fransa lideri “Ukrayna belə bir qərara gələndə” sülhün mümkün olacağı fikrini bildirib.
Hər iki tərəflə dialoqu davam etdirməyin vacib olduğunu bildirən Fransa lideri “...mən Rusiya prezidenti Vladimir Putinlə heç vaxt danışıqdan əl çəkməmişəm”. –deyə bəyan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB