Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə söhbətində Kiyev münaqişənin gərginləşdirmək niyyətində olmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” yazır.
Qeyd olunur ki, daha əvvəl Sergey Şoyqu Uolasa zəng vuraraq Moskvanın Kiyevin qondarma “çirkli bomba”dan istifadə etməklə mümkün təxribatları ilə bağlı narahatlığını ona çatdırıb.
Böyük Britaniyanın müdafiə naziri izah edib ki, “bomba”nın mümkün istifadəsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Kiyev gərginliyi artırmaq üçün addım atmağı planlaşdırmır.
Uolles bildirib ki, London və bütövlükdə beynəlxalq ictimaiyyət Kiyevi dəstəkləyir və münaqişənin tezliklə deeskalasiyasını istəyirlər.
“...Ukrayna və Rusiya bu müharibənin həlli yolunu axtarmalıdırlar və Böyük Britaniya da kömək etməyə hazırdır”, - bunu ingilis nazir vurğulayıb.
Xatırladaq ki, Şoyqu bundan əvvəl Türkiyə, Fransa və ABŞ-dan olan həmkarları ilə danışıqlar aparıb. O, onlarla Ukraynadakı vəziyyəti müzakirə edib, həmçinin Kiyevin mümkün təxribatlarından narahatlığını bildirib.
...Onu necə deyərlər... “qara məni basınca, qoy qaranı mən basım”?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB