Baş nazirin müavini - Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov, Rusiya Federasiyasının Özbəkistandan avtomobil hissələrinin tədarükündə maraqlı olduğunu bildirib.
SİA-nın “RİA Novosti”dən əldə etdiyi məlumata görə, bu barədə Mantorov Rusiya Federasiyası və Özbəkistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası zamanı bildirib.
“...Biz həm də Özbəkistanın avtomobil komponentləri istehsalçılarının bizim bazara gəlməsində maraqlıyıq - indi bunun üçün vəziyyət kifayət qədər əlverişlidir”.
Qeyd edək ki, bunu da rus səlahiyyətlisi deyib.
Yeri gəlmişkən bildirək ki, bundan əlavə, Manturov ümumilikdə ölkələr arasında sənaye kooperasiyası sahəsində əməkdaşlıq üçün yüksək potensialın olduğunu qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB