Hindistan Londonda yerləşən “One Web” şirkəti üçün kosmosa 36 internet peyki göndərdi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Hindistan Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən mart ayında Rusiya Kosmik Agentliyini tərk edən İngiltərənin “One Web” şirkəti üçün ilk peykini buraxdı: ölkənin cənubundan atdığı raket 36 özəl internet peyki kosmosa apardı.
Hindistan Kosmik Agentliyinin rəhbəri S.Somanath orbitə buraxılan 36 peykdən 16-nın uğurla orbitə yerləşdirildiyini, qalan 20 peykin isə təhlükəsiz şəkildə mənzil başına çatacağına inandığını söyləyib.
Qeyd edək ki, “One Web” peykləri həmişə Rusiya raketləri ilə kosmosa göndərilmişdi. Lakin şirkət fevralın 24-dən bəri davam edən Ukrayna müharibəsi səbəbindən Rusiya Federal Kosmik Agentliyi ilə yollarını ayırmaq qərarına gəldi.
Hal-hazırda “One Web”in orbitdə 462 peyki var. 2023-cü ildə bu rəqəmi 648-ə çatdırmağı düşünən şirkət Ukrayna müharibəsinə görə yaşanan axsamalara baxmayaraq, qlobal əhatə dairəsini aktivləşdirməyə davam edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB