Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin sülh adası olması üçün çalışdıqlarını vurğulayıb, “Terror təşkilatları və ipləri tutan imperialist tiranlar bizim bu işimizə mane ola bilməyəcəklər” deyib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Diyarbəkirdə 140 layihənin kollektiv açılış mərasimində iştirak edən Ərdoğan çıxışında birlik və həmrəylik mesajı verərək bildirib: “Heç bir fərq yoxdur. Bir olacağıq, böyük olacağıq, diri olacağıq, qardaş olacağıq, hamımız birlikdə Türkiyə olacağıq. Bizi parçalayanlara imkan verməyəcəyik.
Suriyanın şimalındakı terrorçuları Qərb qidalandırır. ABŞ-dan bəslənən Avropanın zəhərli köklərini coğrafiyamızın ürəyinə sancmağa cəhd edənlərə minnətdar olmadıq.
Qərb ölkələri separatçı terror təşkilatı PKK tərəfindən uşaqları qaçırılan analara məhəl qoymur.
Biz Diyarbəkir analarını Qərbin şimpanzelərinə buraxmadıq. Hüquq müdafiəçiləri hanı? Bir dəfə gəlib Diyarbəkirdəki anaları ziyarət etdilər?
Diyarbəkirlilər mənşəyi, inancı və mədəniyyəti qoruyan nəcib insanlardır. Heç kim Diyarbəkiri kökündən qopara bilməyəcək.
Diyarbəkir üzünü gələcəyə tutan infrastrukturu, iqtisadiyyatı, mədəniyyəti və sənəti ilə yoluna davam edir.
Diyarbəkir indi sülh şəhəridir.
Diyarbəkirin dinc olması üçün İraq, Suriya və bütün bölgə sülh içində olmalıdır.
Biz ölkəmizi şərqdən qərbə, cənubdan şimala sülh adasına çevirmək üçün çalışırıq. Terror təşkilatları və onların imperialist tiranları buna nail olmağımıza mane ola bilməyəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB