ABŞ Ukraynaya daha çox HIMARS satmayacaq?

ABŞ Ukraynaya daha çox HIMARS satmayacaq?

Birləşmiş Ştatlar məhdud sənaye potensialına görə Ukraynaya çoxlu sayda HIMARS çoxlu buraxılış raket sistemləri (MLRS) verməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New Yorker” Pentaqondakı mənbəyə istinadən yazır.

Rus saytlarının yazdığına görə, guya Amerika müdafiə departamenti Ukrayna tərəfinə …”bundan sonra bu sistemlərin verilməyəcəyini” bildirib.

Amerika nəşrinin məlumatına görə, hər bir buraxılış qurğusunun qiyməti təxminən 7 milyon dollardır. Mütəxəssislərin fikrincə, Ukrayna ayda 5 mindən çox raket “xərcləyir”. Bu silahların istehsalçısı “Lockheed Martin” isə ildə cəmi 9 min ədəd belə silah istehsal edir.

Mənbə eyni zamanda Kiyevin tələb etdiyi hava hücumundan müdafiə sistemlərində də eyni problemin olduğunu qeyd edib. Onun sözlərinə görə, ABŞ-da onları Ukraynaya ötürmək üçün çoxlu ehtiyat hava hücumundan müdafiə qurğuları yoxdur.

Xatırladaq ki, bir müddət bundan əvvəl Pentaqon Ukraynanı HIMARS üçün döyüş sursatları ilə təchiz etməyə davam edəcəyinə söz vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə