Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak qeyd edir ki, dünya dinc şəhərlərə raket zərbələri endirən Rusiyadan bezib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə,u barədə o, Twitter səhifəsində yazıb.
“...Əslində dünya Ukraynadan bezməyib. Dünya Rusiyadan bezib. Dinc şəhərlərə raketlər atan təcavüzkar dövlətdən. Milyonlarla insanı girov götürən terror dövlətindən. Dünyanı təhdid edən şantajçı dövlətdən”. -deyə Yermak yazıb.
Qeyd edək ki, oktyabrın 22-də Zelenski Rusiya ilə hansı şərtlər altında danışıqlara hazır olduğunu bəyan edib. Prezidentin sözlərinə görə, Rusiya 1991-ci ilin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki əraziləri qaytardıqda, Ukrayna hansı formatda və kiminlə danışmağa hazır olduğunu deyəcək
Yeri gəlmişkən, Baş Qərargah bu gün 400-dək işğalçını məhv etdiyini bildirib.
Qeyd edək ki, qarşı tərəf Ukraynanın dinc şəhərlərini atəşə tutmaqda davam edir, lakin Silahlı Qüvvələr rəşitlərə layiqli cavab verir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB