Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak ölkənin baş naziri seçkilərində açıq-aşkar favoritidir. Belə ki, onun ölkənin baş naziri olmaq şansı 75 faizə yüksəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS aparıcı “Ladbrokes” bukmeker kontorunun məlumatlarına istinadən xəbər verir.
Belə ki, bukmeker kontorlarının məlumatına görə, Sunakın udmaq şansı 66,7 -dən 75 faizə yüksəlib.
...Keçmiş baş nazir Boris Consonun şansları isə əksinə, azalıb. Onun Dauninq-stritə uğurlu qayıtma ehtimalı 28,6 faiz (...qeyd edək ki,əvvəllər 34,8 faiz idi-A.B.) təşkil edir. Britaniya parlamentinin İcmalar Palatasının rəhbəri Penni Mordont Britaniya hökumətinin dördüncü qadın rəhbəri olmaq imkanını demək olar ki, itirib. Onun kotirovkaları 18,2 dən 4,8 faizə düşüb.
Xatırladaq ki, Liz Trassun istefasından sonra Mühafizəkarlar Partiyasının yeni liderinin seçilməsi proseduru dəyişdirilib. Yeni qaydalara görə, namizəd növbəti tura keçmək üçün həmkarlarından 100 səs toplamalıdır. Hazırda Rişi Sunakın 124 səsi, Consonun 57 səsi, Mordauntun isə 23 səsi var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB