“Bu gündən Moldovada hakimiyyət artıq qanuni deyil”

“Bu gündən Moldovada hakimiyyət artıq qanuni deyil”

Moldovanın mərkəzində müxalif “Şor” partiyasının tərəfdarlarının mitinqində polislə etirazçılar arasında toqquşma baş verib.

SİA bu barədə TASS-a istinadən məlumat verir.

Polis əməkdaşları etirazçıların şəhər mərkəzinə girişini əngəlləyiblər, lakin onlar bir neçə dəfə kordonu yarmağa cəhd ediblər.

Etirazçılar “Diktaturaya yox!”, “Ayıb olsun!” şüarları səsləndirirlər. Mitinqdə artıq bir neçə nəfər saxlanılıb deyə, bundan sonra nümayişçilərin təzyiqi azalıb.

Moldovada müxalif “Şor” Partiyasının lideri İlan Şor prezident Maia Sandu diktaturada və Konstitusiyanı pozmaqda ittiham edib.

“...Bu gündən Moldovada hakimiyyət artıq qanuni deyil. Ölkə prezidenti Konstitusiyanı pozaraq ölkədə diktatura qurub. Üç min xüsusi təyinatlı yaşlılara hücum etdi, onlar yalnız daha yaxşı həyat səviyyəsi tələb etmələrində günahkardırlar”.

Qeyd edək ki, İlan Şor bunu polislə partiya tərəfdarları arasında toqquşmaları şərh edərkən bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə