Rusiya Müdafiə Nazirliyi bildirib ki, departamentin rəhbəri Sergey Şoyqu Böyük Britaniyanın müdafiə naziri Ben Uollasa Ukraynanın “çirkli bomba”nın mümkün istifadəsi ilə bağlı narahatlığını bildirib.
“...Oktyabrın 23-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles arasında telefon danışıqları olub. Danıçıqlarda Ukraynadakı vəziyyət müzakirə edilib”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Hərbi idarənin bildirdiyinə görə, ordu generalı Sergey Şoyqu britaniyalı həmkarına Ukraynanın “çirkli bomba”dan istifadə etməklə mümkün təxribatları ilə bağlı narahatlığını çatdırıb.
Bazar günü səhər saatlarında Şoyqunun Fransa müdafiə naziri Sebastyan Lekornu və Türkiyənin müdafiə naziri Hulusi Akar ilə telefon danışığı olub və bu danışıqlarda da əsasən Ukraynadakı vəziyyət müzakirə olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB