Minsk Rusiya hərbçilərinin Belarusa gəlməkdə davam etdiyini bildirib
Hələ də gəlirlər..?

Belarus Müdafiə Nazirliyi Rusiya hərbçilərinin regional qoşun qruplaşmasına qoşulmaq üçün Belarusa gəldiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin rəsmi Telegram-kanalında deyilir.

Xatırladaq ki, bundan əvvəl Belarus Müdafiə Nazirliyi birləşmiş qoşun qruplaşması yaratmaq üçün Rusiyadan respublikaya 9 minə qədər hərbi qulluqçu və bir neçə yüz zirehli texnikanın gələcəyini bildirmişdi.

Qeyd edək ki, oktyabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə “Birlik dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar” birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəldiyini açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə