Si Cinpin yenidən seçilsə...“tarixin ən qanlı müharibəsi" olacaq?

Si Cinpin yenidən seçilsə...“tarixin ən qanlı müharibəsi" olacaq?

...Si Cinpinin yenidən Çin Kommunist Partiyasının (ÇKP) baş katibi seçilməsindən sonra Rusiya illüziyalara qapılmamalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “İzvestiya” nəşrinə açıqlamasında politoloq Yuri Svetov bildirib.

Onun sözlərinə görə, Rusiya cəmiyyəti Moskva və Pekinin maraqlarının tam üst-üstə düşdüyü illüziyası altındadır və çinlilər itkilərdən asılı olmayaraq Rusiya Federasiyasına kömək etməlidirlər(?).

“Ölkələr öz hərəkətlərini seçməkdə suverendirlər və Rusiyanın yardımı Çinin maraqları ilə üst-üstə düşəndə ​​bunu edəcək, üst-üstə düşməyən yerdə ehtiyatla kənara çəkiləcək və ya bitərəf qalacaq, biz də belə davranırıq”, - deyə Yuri Svetov bildirib.

O, qeyd edib ki, Rusiya ilə Çin arasında ümumi mövqe var. Ölkələr Asiyaya yeni güc mərkəzi kimi baxır və hesab edirlər ki, BRİKS və ŞƏT G7-ni əvəz etməlidir.

Svetov həmçinin qeyd edib ki, sanksiyalara görə Rusiya Asiyaya üz tutub, lakin Çin yenə də Rusiya Federasiyası ilə rəqabət aparacaq.

Politoloq belə qənaətə gəlib ki, Rusiya ilə Çin arasında “çox qatlı hərəkat” var. Dövlətlər əksər hallarda əməkdaşlıq edəcəklər, lakin onlar da rəqabət apara bilərlər.

Bu arada Britaniya nəşri, Si Cinpinin yenidən seçilməsi “Tayvana hücuma zəmanət verir” və bu, Çin və ABŞ-ı “tarixin ən qanlı müharibələrindən birinə” aparacağını yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə