Fransanın keçmiş prezidenti Nikolya Sarkozi hazırkı dövlət başçısı Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamasını təqdir edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Sarkozi “Le Journal du Dimanche” qəzetinə verdiyi müsahibəsində münaqişə tərəfləri ilə əlaqə saxlamadan, ümumiyyətlə, hərbi əməliyyatları dayandırmağın mümkün olmayacağını deyib.
“...Putin hakimiyyətdə olduğu müddətdə Rusiya ilə danışmayacağımızı desək, bu, Moskvada rejimin dəyişdirilməsini tələb etməyə bərabərdir”.
Bunu deyən Sarkozi “Ukrayna lideri Vladimir Zelenski üçün Putinlə danışmağın çətin olduğunu” başa düşdüyünü də bildirib.
Sarkozi eyni zamanda Ukrayna məsələsində çox vaxt itirildiyini də bildirib və gələcəkdən və dünyadan danışmaq üçün Fransanın “bu böhranda liderliyi üzərinə götürməli” fikrini ifadə edib.
...Onun sözlərinə görə, bu münaqişə ilə bağlı “Avropa İttifaqı amerikalıların arxasında olduğu təəssüratı yarada bilər”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB