...Ruslar indi də Ukraynaya qarşı apardıqları müharibədə azı 7822 nəfər hərbçi itirdiklərini deyirlər. Deyim ki, onlar bunu oktyabrın 21-nə olan məlumata əsasən bəyan ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,
itki sayını...guya “Mediazon” nəşrləri və BBC Rus Xidməti könüllülər qrupu ilə birlikdə hesablayıblar.
Beləliklə, mənbəənin məlumatına görə, 41 rusiyalının ölümü qeyri-döyüş xarakterli olub. Belə ki, onlar təlim mərkəzlərində, poliqonlarda və hərbi hissələrdə...təsadüf nəticəsində(?) həlak olublar.
...Gərək ki, SİA o gün də qarşıdurmada ən çox ölənlərin daha çox Buryatiya və Dağıstandan çağırılan çağırışçıların olduğunu bəyan etmişdi.
Qeyd edək ki, əsgərlərin ölümü ilə bağlı xəbərlərin çoxu kasıb bölgələrdən gəlir. Belə ki, burada orta əmək haqqı çox aşağıdır. Yəni ən kasıb ruslar bu ərazilərdə yaşayırlar.
Onu da qeyd edək ki, Ukraynadakı müharibənin altı ayında, bütün ikinci Çeçenistan müharibəsi dövründəkindən daha çox əsgər ölüb. Bunun reallığı şübhə doğursa da, amma ruslar belə yazırlar.
Yeri gəlmişkən, Rusiya ordusunun və digər hüquq-mühafizə orqanlarının 1200-dən çox zabitinin ölümünü...ruslar özləri də təsdiqləyirlər. Eyni zamanda, “könüllü dəstələr” arasındakı itkilərdə də xeyli artım olduğu bildirirlər. (...görən bunlar həmən o... 7822-ə daxil edilirmi?-A.B.)
...Daha bir maraqlı nüans, tədqiqat müəlliflərinin fikirlərində nəzərə çarpır. Məsələ bundadır ki, bəzi tədqiqat müəllifləri Rusiyadakı itkilərin faktiki sayına... tərəddüd nümayiş etdirirlər.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi rusların itkiləri barədə sonuncu dəfə səfərbərliyin başladığı gün - sentyabrın 21-də məlumat verib. Belə ki, hərbi nazir Sergey Şoyqunun sözlərinə görə, o günə qədərki itkilər, guya 5937 nəfər təşkil edib.
...Yeri gəlmişkən, Britaniya kəşfiyyatı sentyabrda rusların itkisini 25 min nəfər, Ukrayna Baş Qərargahı isə təxminən 60 min nəfər qiymətləndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB