Rusiya ordusu Donetski atəşə tutub - ölən və yaralananlar var

Rusiya ordusu Donetski atəşə tutub - ölən və yaralananlar var

Rusiya ordusu ötən sutka ərzində Donetsk vilayətində bir neçə yaşayış məntəqəsini atəşə tutub. SİA bu barədə "RBC-Ukraina"ya istinadən xəbər verir.

Hücum nəticəsində 2 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb. Belə ki, bir mülki vətəndaş Kleşçievkada, digəri isə Torskoyda həlak olub.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olmuş 4 mülki şəxsin meyitini tapıblar.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda əsas qaynar nöqtələrin Soledar və Baxmut olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə