ABŞ-da xəstəxanada atışma olub

ABŞ-ın Texas ştatının Dallas xəstəxanasında baş verən atışmada iki tibb bacısı həlak olub. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs yaralı vəziyyətdə saxlanılıb.

Cinayətkarın şəxsiyyəti və öldürülənlərin kimliyi açıqlanmır.
Polis hadisə ilə bağlı araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə