TBMM sədri yol qəzası keçirən Binəli Yıldırımı ziyarət edib

TBMM sədri yol qəzası keçirən Binəli Yıldırımı ziyarət edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycana səfəri zamanı yol qəzası keçirərək İstanbulda Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına gətirilən AK Partiyanın sədr müavini Binəli Yıldırımı xəstəxanada ziyarət edib. SİA xəbər verir ki, Yıldırımın səhhəti ilə bağlı açıqlamalar verən TBMM sədri Şentop bunları deyib: "Gördüyüm şəkil başlanğıcdan çox daha yaxşı bir nöqtədə, sağalma yolunda sürətlə irəliləyir".

Çam və Sakura Şəhər Xəstəxanasına baş çəkdikdən sonra jurnalistlərə açıqlama verən Şentop, qəzadan sonra Yıldırım, Ayrım və mühafiəçi Oğuzhan Dəmirçinin sağlamlıq vəziyyəti ilə bağlı məlumat aldığını, hadisədən sonra onları şəxsən görmək istədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə